Azərbaycan bu məsələ ilə bağlı Rusiya və Gürcüstanla yenidən MASAYA OTURACAQ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan bu məsələ ilə bağlı Rusiya və Gürcüstanla yenidən MASAYA OTURACAQ

Azərbaycanla Rusiya arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsinə dair növbəti görüş fevralda keçiriləcək.

Publika.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini görüşün Bakıda keçirilməsi planlaşdırıldığını sözlərinə əlavə edib.

X.Xələfov Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası istiqamətində də bu il danışıqların keçiriləcəyini vurğulayıb:

“İlin birinci yarısında Bakıda həm ekspertlər səviyyəsində, həm də işçi qrupun rəhbərləri səviyyəsində görüş keçirilməsi nəzərdə tutulur”.

X.Xələfov Xəzərin hüquqi statusuna dair işçi qrupunun növbəti iclasının Qazaxıstandan asılı olduğunu deyib:

"Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməlidir. Tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır. Əvvəl sammitin ilin birinci yarısında keçirilməsi planlaşdırılırdı. Lakin hər şey Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən asılıdır. Razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırmalıyıq. Ola bilsin ki, bu görüş fevralda keçirilsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm