Nida Xəbər
Prezidentin köməkçisi: "Seçkiləri elə səviyyədə keçirməliyik ki,...
Biz yerlərdə monitorinqlər keçiririk. Yerli icra
hakimiyyəti orqanlarına tapşırıqlar verilib ki, təbliğat-təşviqat
tədbirlərinin keçirilməsi üçün yerləri müəyyən etsinlər və
siyahıları mətbuatda dərc etsinlər".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki
komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə
“Azərbaycan Respublikası prezidentinin seçkilərinin hazırlanması və
keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və
onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda
çıxış edən prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi -
şöbə müdiri Zeynal Nağdəliyev bildirib.
Z. Nağdəliyev seçici siyahılarının daim diqqət mərkəzində olduğunu
söyləyib: "2008-ci ildə 500 seçki məntəqəsində veb-kameralar
quraşdırıldı. Təəssüf ki, veb-kameraların quraşdırılmasını
seçicilərin iradəsinə təzyiq kimi qiymətləndirən qüvvələr də oldu.
Artıq iki seçkini məntəqələrdə 1000 veb-kameranın tətbiq olunması
ilə keçirmişik. Səslərin hesablanması zamanı kameralar həmin yerə
tuşlanır. Seçkiləri elə yüksək səviyyədə keçirməliyik ki,
beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilsin ".
(apa)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi