ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir
Bizi izləyin

Nida Xəbər

ATƏT DTİHB-nin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin missiyasını göndərəcək.

Bunu ATƏT DTİHB-nin mətbuat xidmətindən bildiriblər.

DTİHB seçki ekspertlərindən ibarət missiya fevralın 21-22-də Bakıda olacaq.

Missiya müvafiq məlumatları toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyinə və onun mümkün formatına dair tövsiyələr hazırlayacaq. Missiyanın məruzəsi iki həftə ərzində hazır olacaq.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm