“Mehriban Əliyeva özünün xeyirxahlığı ilə tanınır” - Amerika MEDİASI
Bizi izləyin

Nida Xəbər

“Mehriban Əliyeva özünün xeyirxahlığı ilə tanınır” - Amerika MEDİASI

Amerikanın “Jewish Journal” nəşri mözücə nəticəsində sağ qalmış Xocalı qətliamının şahidi Dürdanə Ağayevanın Beynəlxalq Qadınlar Gününə və Azərbaycanda qadın hüquqlarına, qadınlara yaradılan imkanlara həsr olunan məqaləsini dərc edib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif məqaləsində Azərbaycanda hələ 1919-cu ildə, ABŞ-dan bir il, Qərbi Avropanın bir çox ölkələrindən isə on illər əvvəl qadınlara seçki hüququnun verilməsindən, müsəlman Şərqində ilk parlamentli respublika olmasından yazır.

D.Ağayeva bildirir ki, qadınların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda bir sıra qanunlar qəbul olunub. Məsələn, 1993-cü ildə ölkə Konstitusiyasına kişi və qadın arasında tam bərabərliyə təminat verən, nikahda kişi və qadına bərabər hüquq verən 25-ci və 34-cü maddələr əlavə edilib. 2006-cı ildə Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul olunub.

Dünyada ilk dəfə olaraq qızlar üçün ilk müsəlman məktəbi 1901-ci ildə məhz Bakıda açılıb. Bu gün Azərbaycanda elmlər doktorlarının 50 faizindən çoxunu qadınlar təşkil edir. Məhkəmə orqanlarında xeyli hakim qadın çalışır. Onların arasında olan yəhudi icmasının nümayəndəsi Tatyana Qoldman Azərbaycan Ali Məhkəməsində xidmət edir. Qanunvericilik orqanları da bu münasibətdə geri qalmır: 125 deputatdan ibarət Azərbaycan parlamentində 21 qadın deputat, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradova fəaliyyət göstərir. Təkcə Azərbaycan Xarici İşlər Nazirliyində əməkdaşların 52 faizi, o cümlədən iki səfir (İsveçrə və Bolqarıstanda) və Avstraliyada fəxri konsul qadınlardır.

Müəllif yazır ki, Azərbaycanı təmsil edən qadınlardan çox gözəl nümunələr göstərmək olar. Sadəcə olaraq, ölkənin iki məşhur qadınına – Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və dünyanın ən novator pilot-qadınlarından biri Leyla Məmmədbəyova diqqət yetirmək Azərbaycan haqqında çox şeyi öyrənməyə kifayət edər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün xeyirxahlığı, UNESCO-nun xoşməramlı səfiri qismində Azərbaycanda və ölkədən kənarda davamlı humanitar fəaliyyəti, həmçinin səhiyyə, qadın və uşaqların inkişafı və bir çox digər sahələrdə maarifləndirmə işləri ilə tanınır.

Altı övlad anası olan Leyla Məmmədbəyovaya isə “Səmalar sahibəsi” təxəllüsü verilib. O, özünün cəsurluğu və pilot kimi gözəl nailiyyətləri ilə məşhur olub.

Məqaləsinin sonunda D.Ağayeva “Azərbaycanın Şekspiri” adlandırılan Hüseyn Cavidin qadın haqqında dediklərini misal gətirir: “Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur bu cahan... Bəşəriyyət qadınla yüksələcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm