Nida Xəbər
Binəli Yıldırım: “Bu il TANAP layihəsi tamamlanacaq”
”Azərbaycan dialoqu təşviq etmək üçün 2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini yaradıb və qısa müddətdə 100-dən artıq dövlət və hökumət başçısının bir araya gəlməsini təmin edib”.
Bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım “İnklüziv
cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması”
mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində
deyib.
Nizami Gəncəvi yaradıcılığının əhəmiyyətindən bəhs edən B. Yıldırım
bildirib ki, Nizami Gəncəvi dünyadakı problemlərin çözümünun
alimlərdə olduğunu söyləyib: “Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi dünyanın aktual problemlərinin müzakirə olunduğu nüfuzlu
beynəlxalq platformaya çevrilib. Bu dəfə Forumda müzakirəyə
çıxarılacaq “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin
aradan qaldırılması” mövzusu aktualdır. Hər bir məsələnin
mərkəzində insan var. Biz gələcək nəsillər üçün sabitlik və sülhü
təmin etməliyik. Bunun üçün iqtisadi sahədə uçurumlar aradan
qaldırılmalıdır. Təəssüf ki, reallıqlar bu sahədə optimist olmağa
əsas vermir. Bu iqtisadi uçurumların aradan qaldırılması üçün böyük
səy göstərilməlidir. Bu gün dünyada bir tərəfdən müasir
texnologiyanın, süni intellektin inkişaf etməsi, digər tərəfdən iş
sahələrinin sürətlə dəyişməsi müsbət haldır. Ancaq bunun bütün
ölkələrə faydalı olması üçün regional və qlobal əməkdaşlığa ehtiyac
var. Bir ölkənin geri qalması, digərinin inkişaf etməsi ümumi
inkişaf üçün faydalı deyil”.
Türkiyə baş naziri bildirib ki, bu gün dini radikalizm,
islamofobiya kimi hallar artıb: "Sülh şəraitində yaşayan
cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə
aparılmalıdır. Türkiyə bu yoldadır, sülhsevər, dostları artırmaq,
düşmənləri azaltmaq yönündə siyasət həyata keçirir. Bu, terrorizmə
qarşı təsirli mübarizə üçün də önəmlidir".
B. Yıldırım qeyd edib ki, Türkiyə dinlərin və mədəniyyətlərin
qovuşma nöqtəsidir: "Hazırda ölkələrin bir-birindən asılılığının
artdığı bir dünyada yaşayırıq. Yalnız birlikdə rifahı təmin
etməyimiz mümkün olacaq. Azərbaycan prezidentinin də qeyd etdiyi
kimi, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə Qafqazda böyük
əhəmiyyətə malik layihələr həyata keçirib və keçirir. Məsələn,
Bakı-Tiflis-Qars dəmir yolu Asiya və Avropanı birləşdirəcək. Bu il
TANAPlayihəsi də tamamlanacaq və Azərbaycan qazı Türkiyə üzərindən
Balkanlara, Avropaya ixrac olunacaq. Bu, ölkələrin enerji təchizatı
baxımından mühüm layihədir”. (apa)
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR