Nida Xəbər
"Milli Şura"nın basmaqəlib mitinqinin ənənəvi məqsədi
Azərbaycanda hər zamankı kimi seçkiöncəsi daha da aktivləşən “Milli Şura” adlı qurumun bu gün növbəti basmaqəlib mitinqi keçirildi.
Neçə gündür Əli Kərimli sosial şəbəkədəki hesabından insanlara ənənəvi çağırış edirdi: “Budəfəki mitinq fərqli olacaq”. Lakin "Milli Şura" yarandığı gündən ssenarisi dəyişməyən mitinq-şoularda yenə də eyni havanı çalıb oynadılar. Yetər ki, “mitinq keçirildi” bəndinin qarşısına bir “quş” qoyulsun və Əli Kərimli xarici anti-Azərbaycan qüvvələrdən aldığı qrantları rahatca həzm-rabedən keçirsin.
Seçkiləri boykot edərək mitinqlərin sayını artırmağa çalışan "Milli Şura" bununla sivil mübarizə aparmaq bacarığının olmadığını bir daha sübut etdi. Bu boykotu “qabaqdangəlmişlik” də adlandırmaq olar. Özləri də çox yaxşı bilirlər ki, seçkilərdə onları olduqca az sayda seçici dəstəkləyəcək: təqribən elə bu gün mitinqdə iştirak edənlərin sayı qədər – nəfər.
Bu dəfə də mitinqdə aktivliyi, iştirakçı sayının çoxluğunu təmin etmək üçün radikal dindarlardan istifadə olundu. Əslində "Milli Şura"nın radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması Azərbaycanın əleyhinə olan təxribatçı qüvvələrin yeni öhdəlik götürməsindən xəbər verir. Ölkədə qarşıdurma yaratmağa çalışan “Milli Şura” və “cihad” arzusunda olan radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitliyə görə, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxladığına, ciddi siyasi qüvvə hesab etmədiyinə görə qisas almaq istəyir. Bəli, “Milli Şura” və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərinlik yaratmaq, ölkəni döyüş meydanına çevirməkdir.
Əli Kərimli ilə Tale Bağırzadə tərəfdarlarının yeni vüsət almış sinxron fəaliyyətlərinin təməlini təşkil edən məqsəd və öhdəlik seçki ərəfəsində, eləcə də seçkidən sonra Azərbaycanın beynəlxalq təzyiqlərə məruz qalmasını təşkil etməkdir.
Bu gün, martın 31-də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı dövlət tədbirlərinin keçirildiyi, Azərbaycanın bu hadisələrlə bağlı həqiqətləri, ermənilərin vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdığı bir vaxtda "Milli Şura"nı yalnız öz məkrli məqsədi, xaricdən aldığı tapşırıqları icra etməsi düşündürür.
Məqsəd və tapşırıq isə olduqca aydındır: vətəndaş qarşıdurması yolu ilə Azərbaycan dövlətçiliyini məhvə sürükləmək.
Bu anti-milli ünsürlərin seçki ərəfəsində aktivləşməsi həm də onu göstərir ki, Azərbaycanda seçkiöncəsi ictimai-siyasi mühitin normal olması, qeydə alınmış prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyaları üçün heç bir məhdudiyyətin olmaması, xalqın seçki prosesini maraqla izləməsi və təqdir etməsi yerli və xarici anti-Azərbaycan qüvvələrin böyük narahatlığına səbəb olub.
Lakin Azərbaycan xalqı hər şeyi çox yaxşı görür, anlayır və anti-Azərbaycan qüvvələrin, onların əlaltılarının çirkin niyyətlərini həyata keçirməyə imkan verməyəcək.
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 7 Oktyabr 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM