"Bunu düşmənlərimiz görür, götürür və öz sosial şəbəkələrində, tok-şoularında yayırlar"
Bizi izləyin

Nida Xəbər

"Bunu düşmənlərimiz görür, götürür və öz sosial şəbəkələrində, tok-şoularında yayırlar"

Ümumiyyətlə, sosial şəbəkələrdən sui-istifadə hallarına yol verilməsi heç də düzgün hal sayılmır. Bu insanlar başa düşməlidirlər ki, aparılan anti-kampaniya bir prezidentə qarşı deyil əksinə bütöv ölkəyə, millətə qarşıdır.

Publika.az bildirir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır: "Bunu düşmənlərimiz görür, götürür və öz sosial şəbəkələrində, tok-şoularında yayırlar. Axı bu nəyə lazımdır? Hesab edirəm ki, bu düzgün yol deyil. Ümumiyyətlə mübarizənin də düzgün və demokratik yolları var. Amma söyüş, təhqir bu tamamilə yanlış bir şeydir. Bu bizə xas olan əlamətlər deyil. Ən qəribəsi isə odur ki, bunu azərbaycanlılar edəndə daha da pis olur. Ona görə də çalışmaq lazımdır ki, bu məsələ tam bitsin və qurtarsın. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmiz üçün hər bir şeyi edib. Təbii ki, müəyyən qədər çətinliklər də olacaq. Çünki biz müharibə şəraitində yaşayan ölkəyik. Biz artıq prezident seçkiləri ərəfəsindəyik. Səsi də tərəqqiyə, münasibətə, inkişafa və gələcəyə verirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm