Oqtay Əsədov: “Onlar xalqımızın milli dəyərlərindən uzaqdırlar”
Bizi izləyin

Nida Xəbər

Oqtay Əsədov: “Onlar xalqımızın milli dəyərlərindən uzaqdırlar”

“Bir sıra Avropa ölkələrində Azərbaycan Prezidenti, xalqımıza qarşı söyüş və təhqirlərinə qarşı ictimaiyyətin həmrəyliyi ona görə vacibdir ki, həmin ölkələrdə bu fikirlərə qarşı mübarizə üçün hüquqi prosedurlar yoxdur”.

Publika.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Əli Hüseynli Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Ə.Hüseynli bildirib ki, hər kəs bu məsələyə münasibətini bildirməlidir.

“Hər kəs bilməlidir ki, ölkə prezidenti, hakimiyyət nümayəndələrinə qarşı təhqir, həm də dövlətimizə, xalqımıza qarşı təhqir və böhtandır. Azərbaycanlı olmaq üçün burada doğulmaq, azərbaycanlı ad, soyadı daşımaq kifayət deyil. Elə insanlar var ki, azərbaycanlı təfəkküründən uzaqdırlar. Biz ölkəyə, Prezidentə, dövlətə sədaqətimizi bununla barışmayan mövqeyimizi ortaya qoymalıyıq”.

Oqtay Əsədov isə bildirib ki, bu məsələyə münasibət bildirmək üçün Milli Məclisdə çıxış etmək mütləq deyil:

“Mətbuat, saytlar var, orada fikirlərinizi ifadə edə bilərsiniz. Aydındır ki, həmin insanlar xalqımızın milli dəyərlərindən uzaqdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm