Yüzlərlə məhkum səs verdi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Yüzlərlə məhkum səs verdi - FOTO (YENİLƏNDİ)

“14 saylı Xəzər Seçki Dairəsinin 40 saylı Seçki Məntəqəsində 3 saylı istintaq təcridxanasında saxlanılan məhkumlar səs veriblər”.

Publika.az-ın xəbərinə görə, 1000 məhkumun səsvermə siyahısında adı var. Məntəqədə seçkiləri müşahidəçilərdə izləyib. Məntəqənin sədri Şaddin Mustafayev bildirib ki, bu saata kimi 700 nəfər səs verib.

Sədrin sözlərinə görə, tam şəffaf şəkildə, seçki məcəlləsinin tələblərinə uyğun səsvermə keçirilir: “Seçkilər tam aktiv şəkildə keçirilir. Hər bir seçici istədiyi namizədə öz səslərini verirlər, heç bir narazılıq yoxdur. Heç bir qayda pozuntusu qeydə alınmayıb".

Məhkum Yengibar Əfəndiyev bildirib ki, seçkilər tam şəffaf keçirilir, heç kimə təzyiq edilmir. O deyib ki, istədiyimiz namizədə səs veririk: "Bizə heç bir müdaxilə yoxdur. Rahat şəkildə məntəqəyə gəlirik. Vətəndaşlıq hüququmuzdan istifadə edərək, öz seçimimizi edirik".

Digər məhkum Ramiz Əsgərov da deyib ki, bugünkü şəraitdən çox razıdırlar: "Gələcəyimizə səs veririk, uğurlu olsun. Biz seçkinin mütəşəkkil və şəffaf keçirildiyinin şahidi oluruq. Biz məhkumlara da öz seçimimizi etmək üçün şərait yaradılıb. Buna görə rəhbər şəxslərə təşəkkür edirik. Məhkum olsaq da, öz hüququmuzdan istifadə etməyə bizə şərait yaradılır”.

***

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında məhkumların səsverməsi keçirilir.

Publika.az xəbər verir ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb. Məhkumlar onlara yaradılan şəraitdən istifadə edərək, öz səslərini verirlər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm