Beynəlxalq müşahidəçi: "Hər şey əladır"
Bizi izləyin

Nida Xəbər

Beynəlxalq müşahidəçi: "Hər şey əladır"

"Azərbaycanda həm seçkidən əvvəl, həm də bu gün prosesi izləyirik. Hər şey qanunvericiliyin tələblərinə uyğun təşkil edilib".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən Prezident seçkilərini izləyən Baltik Assambleyasında Litva respublikasının təmsilçisi Simulik Valerijus deyib.

O bildirib ki, bu gün səhər saatlarından müşahidə apardıqları heç bir məntəqədə seçki qanunvericiliyin pozulması hallarına rast gəlməyib.

“Azərbaycanda bu vaxta qədər 3 dəfə olmuşam, ilk dəfədir seçki prosesini izləyirəm. Bundan əvvəl isə 2 dəfə Özbəkistan, 2 dəfə Ukraynada seçki prosesində müşahidəçi kimi iştirak etmişəm.

Bu gün səhər saatlarından artıq 8 məntəqədə olmuşuq. Seçkidən əvvəl prosesi izləmişik. Seçkilərə hazırlıq prosesi və eyni zamanda seçkinin keçirilməsinin qanunverciliyə uyğun olub-olmadığını müşahidə edirik. Lakin heç bir halda qanun pozuntusu ilə qarşılaşmamışıq. Hər şey əladır”.

Baltik Assambleyasının Litvadan olan digər təmsilçisi Valcekauskas Gintaras da müşahidə apardığı seçki müəssisələrində qanun pozuntusuna rast gəlmədiyini deyib:

“Mən ikinci dəfədir Azərbaycandayam, lakin ilk dəfədir seçki prosesində müşahidəçiyəm. Müşahidələrim əsasında deyə bilərəm ki, seçkilərdə yaradılan şərait bizim ölkəmizdəkindən heç də fərqlənmir. İnsanlar sərbəst şəkildə seçki hüququndan istifadə edirlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm