Fransadakı vətəndaşlarımız Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində səs verir
Bizi izləyin

Nida Xəbər

Fransadakı vətəndaşlarımız Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində səs verir

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yerli vaxtla saat 8:00-da prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Səfirliyin konsulluq xidmətində qeydə alınmış və bu ölkədə ezamiyyətdə olan Azərbaycan vətəndaşları səs verirlər.

Vətəndaşlarımızın azad və şəffaf səs vermələrinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülüb.

Səsvermə Paris vaxtı ilə saat 19-da başa çatacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib. (azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm