Fransa nümayəndəsi: "Qayda pozuntusu ilə qarşılaşmadıq"
Bizi izləyin

Nida Xəbər

Fransa nümayəndəsi: "Qayda pozuntusu ilə qarşılaşmadıq"

"Seçki Azərbaycanda demokratik standartların yaradılması üçün doğru istiqamətdə atılan bir addım idi".

Publika.az xəbər verir ki, bunu Fransa müşahidəçilər qrupunun nümayəndəsi Mişel Teğo prezident seçkilərinin müşahidə yekunu ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçki günü Bakıda və onun ətraf rayonlarında keçirilən prezident seçkilərində səsvermənin gedişatını izləyiblər: "Müşahidələrimiz deməyə əsas verir ki, səsvermənin təşkili Qərb demokratiyasında mövcud olan standarlara cavab verir. Seçki qanunvericiliyə uyğun olaraq keçirilib. Görüşdüyümüz digər müşahidəçilər də bizə heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçicilərə heç bir kənar təzyiqin olmadığını bildirdilər. Namizədlər öz platformalarını heç bir məhdudiyyət olmadan ifadə edə bilirdilər".

Beynəlxalq müşahidəçi qeyd edib ki, seçkilər tam şəffaf keçirilib: "Bu seçki Azərbaycanda demokratik standartların yaradılması üçün doğru istiqamətdə atılan bir addım idi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm