• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

MSK yekun nəticələri açıqladı: Seçicilərin 86,3 faizi İlham Əliyevə səs verib

MSK yekun nəticələri açıqladı: Seçicilərin 86,3 faizi İlham Əliyevə səs verib

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,3 faizini toplayıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 3,11%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,02 %, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, ölkə üzrə mövcud olan 5641 seçki məntəqəsinin hər biri üzrə məlumatlar MSK-ya daxil olub, artıq 3 962 096 bülleten sayılıb: “Daxil olan məlumatlar araşdırılarkən 3 949 646 səs - 99,68 faiz etibarlı hesab edilib. 12 490 səs – 0,32 faiz etibarsız hesab olunub. Bu səslərin bölünməsi belədir: İlham Əliyev 3 397 664, Zahid Oruc 123 006, Sərdar Cəlaloğlu 119 674, Qüdrət Həsənquliyev 119 390, Hafiz Hacıyev 59 977, Araz Əlizadə 54 603, Fərəc Quliyev 46 010, Razi Nurullayev 29 282 səs alıb”.

M.Pənahov artıq rəsmi şəkildə dairə seçki komissiyalarından protokolların MSK-ya daxil olmağa başladığını bildirib. Onun sözlərinə görə, seçici fəallığı 74,30 faiz təşkil edib.

Dünən gün ərzində MSK-nın qaynar xəttinə 300-dək müraciət daxil olub. Şikayət xarakterli müraciət isə daxil olmayıb. MSK sədri bundan sonra yekun protokolun hazırlanacağını və qərar qəbul edilərək onun Konstitusiya Məhkəməsinə göndəriləcəyini bildirib. Sayılmış bülletenlərin sayı 3 962 096-dır.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR