"Bundan təzyiq kimi istifadə etmək yolverilməzdir"
Bizi izləyin

Nida Xəbər

"Bundan təzyiq kimi istifadə etmək yolverilməzdir"

“İƏT üzv ölkələri arasında beynəlxalq və daxili siyasətdəki mövcud gərginliklərin gənclər siyasəti sahəsinə də əks etdirilməsi cəhdləri yolverilməzdir”.

Publika.az-ın xəbərinə görə, bunu İƏT Gənclər və İdman Nazirlərinin Bakıda keçirilən 4-cü Konfransında çıxış edən İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, hal-hazırda İƏT üzv ölkələrinin bəzilərinin arasında xarici siyasət, bəzilərində isə ölkədaxili siyasət sahəsində bir-biri ilə rəqabət aparan qruplaşmalar mövcuddur.

“Lakin bütün ölkələrin ümumi marağında olan ortaq gənclik siyasətini bu iki amilin vasitəsinə çevirmək və bir-birinə təzyiq kimi istifadə etmək yolverilməzdir. Amma təəssüf ki, biz bu cür təzyiqləri hiss edirik”.

E.İskəndərov onu da vurğulayıb ki, bu risklərin aradan qaldırılması üçün gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır.

Gənclər və İdman Nazirləri Konfransının əhəmiyyətinin artırılmasına çağıran İƏT Gənclər Forumunun sədri, bu baxımdan hazırki konfransın bütün İslam ölkələri ilə bərabər dostluq və əməkdaşlıq münasibətlərini saxlayan Azərbaycanda keçirilməsini İslam həmrəyliyinin güclənidirlməsinə mühüm töhfə olacağını da əminliklə vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm