Nida Xəbər
ABŞ-ın Santa Fe şəhərində 28 May “Azərbaycan Milli Günü” elan edildi
ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Publika.az-a bildirilib ki, bununla bağlı şəhər meri Alan Veber (Alan M. Webber) müvafiq bəyannamə imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş
bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və
demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə
böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman
dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl
dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi
vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik
dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa
etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik
münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir.
Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və
müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və
çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən
böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük
ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu
vasitəsilə Azərbaycan Nyu Meksiko ştatı ilə son illərdə güclü
əlaqələr qurub.
Bəyannamənin sonunda 28 may tarixi Santa Fe şəhərində “Azərbaycan
Milli Günü” elan edilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR