Siyavuş Novruzov: “Söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir”
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: “Söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir”

“AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, AŞPA-nın bu qərarı Azərbaycana, ölkəmizin iqtisadi inkişafına atılan addımdır.

“Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər. Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətimizin üzvləri birgə, planlı şəkildə iş aparmalıdır. Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısını ala bilək. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün çərçivələrdə müdafiə etməliyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm