Nida Xəbər
İrəvanda hakimiyyət parçalandı: Bakı bu planı İŞƏ SALIR - Melikyandan XƏBƏRDARLIQ
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. Paşinyanın dünən açıqladığı hökumətin proqramında növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas prioritetlərdən biri elan edilib. Nikolun əsas hədəfi seçkini keçirərək, parlamentdəki çoxluğu Respublika Partiyasından almaqdır. Lakin növbədənkənar seçkilər bu ilin sonunda nəzərdə tutulub və İrəvanda həmin müddətə qədər ikihakimiyyətlilik davam edəcək.
Publika.az-ın xəbərinə görə, Ermənistan mediası
Respublika Partiyasının qanunverici orqanda çoxluq təşkil etməsinin
yeni hökumətin işinə ciddi maneələr yaratdığını yazır. Erməni
ekspertlər isə hakimiyyətin ikiyə bölünməsinin Dağlıq Qarabağ
məsələsində İrəvanın mövqelərinə ciddi zərbə vurduğunu
deyirlər.
Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən
yaradılan separatçı rejimin keçmiş “xarici işlər naziri”, politoloq
Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı
ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll
etmək planını işə salacaq.
Melikyan Azərbaycanın güclü şəkildə hərəkətə keçdiyini və bu
situasiyada Ermənistanın zəif olduğunu qeyd edib.
“Azərbaycan hərbi fəallığı artırır, bunun əsas səbəbi Ermənistanın
mövqelərinin zəif olmasıdır. Azərbaycan Ermənistandakı
ikihakimiyyətlilikdən münaqişənin hərbi yolla həlli planını həyata
keçirmək üçün istifadə edə bilər”, - deyə erməni politoloq
Ermənistanda hazırda müxalifətə keçən Respublika Partiyasının
parlamentdə çoxluq təşkil etməsinə işarə edib.
A.Melikyan əlavə edib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı
tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur: “İrəvanın
bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul
ediləcək”.
Onun sözlərinə görə, danışıqlar prosesi ilə tanış olmaq üçün
Paşinyana vaxt lazımdır: “Bu müddətdə də dönüş qərarları haqqında
bəyanatların səslənməsi olduqca zərərlidir, xüsusilə Ermənistanda
mövcud olan ikihakimiyyətlilik şəraitində. Hesab edirəm ki,
Ermənistanın xeyri üçün hakimiyyət yeni vəziyyət yaratmalıdır. Mən
bunu həmişə deyirdim, lakin Serj Sarkisya hakimiyyəti bunu etmirdi.
Çünki Sarkisyan ərazilərin qaytarılması ilə razılaşmışdı”.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı