Nida Xəbər
BAXCP sədri polisləri təbrik etdi
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan polisinin 100 illiyi münasibəti ilə daxili işlər orqanlarının əməkdaşlarını təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz polis əməkdaşları,
Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə təbrik edirəm.
İctimai təhlükəsizliyin təmin olunması, asayişin qorunması hər
bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki,
Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk
qərarlardan biri ölkənin daxili işlər orqanlarının
formalaşdırılması ilə bağlı oldu. Cümhuriyyətin ilk baş naziri
Fətəli Xan Xoyskinin eyni zamanda ölkənin daxili işlər naziri
vəzifəsini daşıması ilk respublikamızın yarandığı ağır və mürəkkəb
şəraitdə daxili işlər orqanlarının dövlət həyatı üçün nə qədər
mühüm əhəmiyyət daşıdığının göstəricisi idi.
Azərbaycan Daxili İşlər Nazirliyi yarandığı ilk gündən ictimai
təhlükəsizliyi, asayişi təmin etmək, daxili sabitliyi,
vətəndaşların həyatını, mülkiyyətini və hüquqlarını qorumaq,
cinayətkarlıqla mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik
qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzin və suverenliyimizin
qorunmasında işğalçı qüvvələrə qarşı mübarizə aparmaq kimi
məsələləri qarşısına mühüm vəzifə kimi qoymuşdu və Azərbaycan Xalq
Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində bu vəzifənin öhdəsindən
layiqincə gəldi.
Öz sələflərinin yolunu ləyaqətlə davam etdirən daxili işlər orqanlarının əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda, separatizmə, ölkənin ərazi bütövlüyünə təhdid yaradan amillərə qarşı mübarizədə də böyük fədəkarlıq göstərdilər. Hələ dövlət müstəqilliyimizin bərpasından öncə Dağlıq Qarabağda başlayan və ölkənin müxtəlif ərazilərini əhatə edən separatizm dalğasının gətirdiyi ağır fəsadlara, qanlı və amansız cinayətlərə, terrorzimə qarşı mübarizənin ön cərgəsində dayananlar da məhz daxili işlər orqanlarının əməkdaşları oldular.
Dəyərli asayiş keçikçiləri,
Siz bu gün də ölkəmizdə sabitliyin və asayişin qorunmasında,
ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa və onun
hər cür təzahürlərinə qarşı mübarizədə üzərinizə düşən vəzifələri
yüksək peşəkarlıqla yerinə yetirirsiniz. Sizə bu yolda uğurlar
diləyir, hər birinizə möhkəm cansağlığı arzulayıram.
Arzi edirəm ki, ən yaxın zamanda işğal altında olan ərazilərimizdə
Azərbaycanın suveren hüquqularını təmin etmək, qanunlarımızın
aliliyini qorumaq nəsibiniz olsun!”
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"