Nida Xəbər
ABŞ Bakı ilə İrəvanı barışdırıb və... - Fransız Vaşinqtonun SENSASİYALI BÖYÜK PLANINI AÇDI
ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb
İrana qarşı böyük koalisiya yaratmaq istəyir.
Publika.az xəbər verir ki, bu iddia ilə fransalı şərhçi
Olivye Morel çıxış edib.
Onun fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə
Dağlıq Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması
çərçivəsində həll olunmalıdır: “Ermənistanın yeni baş naziri Nikol
Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa
hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi
kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür,
Ermənistan Amerikanın ciddi nəzarəti altındadır”.
Ekspert qeyd edir ki, ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında
Rusiyanın aparıcı vasitəçi olmasını da sıradan çıxarmaq və özünün
əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir.
“Ruslar “Lavrov planı” ilə münaqişəni həll etmək və dominantlığı
qorumaq niyyətindədir. ABŞ isə buna qarşı öz variantlarını
hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi
deyil. ABŞ Milli təhlükəsizlik layihəsinin analitiki Daniel
Trumanın fikrincə, Ermənistan dünyanın ən təhlükəli regionunda
strateji mövqeyə sahibdir. Belə ki, bu ölkə Ön Asiya və Avropaya
çıxışı bağlayaraq, Cənubi Qafqazda türklərə qarşı İranın tarixi
müttəfiqidir. Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir.
Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi
kimi qəbul edir. Ona görə də ötən il Ermənistanın Gürcüstanda və
Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını “kürəyə zərbə”
olaraq qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa
müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə
ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma
hazırlaşan ABŞ üçün Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən
birini seçmək lazım gələcək. Lakin amerikalı ideoloqlar münaqişəni
həll edərək, İrana qarşı regionda koalisiyanı gücləndirmək
istəyirlər. Şimali İranda pantürkizm əhval-ruhiyyəsi güclüdür və
artıq orada vəziyyət lazımi formada közərdilib. Bu bölgədə
mərkəzdənqaçma meylləri ABŞ-ın qurduğu koalisiya ilə birlikdə İrana
hücumunu tezləşdirə bilər”, - deyə o vurğulayıb.
O.Morel Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun
ABŞ-ın planı olduğunu qeyd edib: “Ermənistandakı çevriliş Rusiyanı
çətin vəziyyətə saldı. Moskva indi İrəvan və Bakı arasında seçim
etməlidir ki, bu da onun mövqelərinin zəifləməsi ilə nəticələnəcək.
Türkiyə hazırda Azərbaycan kimi İranla yaxşı münasibətlərə
malikdir. Gürcüstanın İranla sərhədi yoxdur. Tamamilə məntiqlidir
ki, ABŞ Ermənistanda siyasi rejimi dəyişdirərək, regionda özünün
forpostunu yaradır. ABŞ faktiki olaraq, regionda Rusiya və İrana
qarşı qoya biləcək ölkə axtarır. ABŞ-ın Rusiya və İranla
münasibətlərinin sonrakı eskalasiyası Vaşinqtonun Dağlıq Qarabağ
münaqişəsinin həllinə marağını artıracaq. Amerika müharibənin
müstəvisini genişləndirmək üçün strateji rəqiblərinə problemlər
yaratmağa davam edəcək. Təbii ki, bunun uğurlu olub-olmayacağını
zaman göstərəcək. Digər tərəfdən, Rusiyanın dəfələrlə bölgədə
qurulan oyunu pozmağı bacarıdığı unudulmamalıdır”.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu