Amaşov: “Əksəriyyətin erməni kimi təqdim etdiyi Zara…”
Bizi izləyin

Nida Xəbər

Amaşov: “Əksəriyyətin erməni kimi təqdim etdiyi Zara…”

Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın "Jara" festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə tanış oldum. "Xəzər" TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır.

Publika.az APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jara" festivalında iştirak edəcək müğənni Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: "Erməni soyadını kənara qoyub, yalnız Ermənistanı vəsf edən mahnının bunun üçün əsas verə biləcəyi qənaətindəyəm. Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm