Elçin Mirzəbəyli: "Almaniyanın sərgilədiyi mövqe regiondakı münqaişələrin həllinə hesablanıb"
Bizi izləyin

Nida Xəbər

Elçin Mirzəbəyli: "Almaniyanın sərgilədiyi mövqe regiondakı münqaişələrin həllinə hesablanıb"

“Angela Merkelin regiona səfəri zamanı verilən bəyanatlar, xüsusilə də Azərbaycanın modern və dünyəvi dövlət, bir müsəlman ölkəsi olduğunun vurğulanması hesab edirəm ki, regiondakı digər dövlətlər üçün çox ciddi mesaj xarakteri daşıyırdı”.

Bu sözləri Publika.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Almaniya Azərbaycanı region dövlətlərinə, eləcə də digər müsəlman dövlətlərinə bir nümunə kimi göstərdi:

“Almaniya-Azərbaycan arasında ikitərəfli xarici əlaqələrin genişləndirilməsi üçün kifayət qədər geniş imkanlar var. Almaniya ölkəmizin çox ciddi iqtisadi tərəfdaşlarından biridir. Enerji sektorunun inkişafı bu gün Azərbaycan üçün prioritet təşkil edir. Məhz bu səbəbdən Almaniya kimi texnoloji tərəqqiyə nail olmuş bir ölkə ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın da maraq dairəsindədir. Azərbaycan Cənubi Qafqazda Almaniyanın iqtisadi resurslara, güclü potensiala malik olan ən mühüm ticarət tərəfdaşlarından biridir. Bu baxımdan da Almaniya şirkətləri Azərbaycana ciddi maraq göstərir. Qeyri-neft sektorunun inkişafına ayrılan diqqət və qayğı Almaniya şirkətlərini ölkəmizdə bu istiqamətdə yeni işlər görməyə sövq edir. Bu isə bütövlükdə iki ölkə arasındakı diplomatik əlaqələrin, iqtisadi inkişafın daha da sürətlənməsinə və yeni platformaya daşınmasına rəvac verir. Mühüm məqamlardan biri də budur ki, xanım Merkelin ölkəmizə səfəri Almaniya ilə Azərbaycan arasındakı dialoqların genişləndirilməsinə istiqamətlənmişdir. Merkelin səfərindən bir neçə gün öncə Almaniya prezidenti dünyada təhlükəsizlik sisteminin ciddi təzyiq altında olduğunu və Almaniyanın da bu prosesə kənardan tamaşa etməyəcəyini bəyan etmişdi. Bu istiqamətdən baxsaq, təhlükəsizliyin ciddi təzyiq altında olduğu regionlardan biri də elə Cənubi Qafqazdır. Ermənistanın işğalçı faktoru regionda sülhün yaradılmasına ciddi mane olur. Eyni zamanda, Gürcüstan ərazilərinin də işğal altında olması problemi bir qədər də dərinləşdirən məqamlardandır. Bu səbəbdən düşünürəm ki,Almaniyanın bu günə qədər ATƏT-in Minsk qrupunun üzvü kimi sərgilədiyi mövqe əslində Beynəlxalq Hüququn prinsiplərindən çıxış edilərək, ortaya qoyulan yanaşmadır. Bu da regiondakı bir sıra münqaişələrin həllinə öz töhfəsini verə bilər. Hazırda dünya elə bir mərhələyə çatıb ki, işğalçı siyasətlə, təzyiqlə heç nəyə nail olmaq olmaz. Ermənistanın da yeganə çıxış yolu özünün mövcud iqtisadiyyatını inkişaf etdirmək, siyasi dayanıqlığını bərpa etmək üçün işğala son qoymaqdır. Təbii ki, daha önəmli şərt isə bu gün regionun ən güclü dövləti sayılan Azərbaycanla əlaqələri qaydasına salmaqdır. Bu konteksdən Merkelin verdiyi mesajların əsasında bu məqamlar daynır. Ümumilikdə isə səfər hər baxımdan iki ölkə arasındakı əməkdaşlıqların qurulmasında önəmlidir və gələcək perspektivlər vəd edir”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm