Nida Xəbər
İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - VİDEO
25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018”
sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə
qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş
etdirəcək.
Publika.az xəbər verir ki, sərgidə İsrailin səsdən sürətli
“Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.
İsrail səsdən sürətli olan “Rampage” raketini yeni yaradıb. Bu
raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150
kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının
çəkisi 150 kiloqramdır.
“ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını
təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya
gətirməsi təsadüfə bənzəmir.
İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən “Rampage”
məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi
başqa ölkələrə də sata biləcəyi deməkdir.
Ehtimallara görə, Azərbaycan gələcəkdə bu raketləri ordumuzun
arsenalına daxil edə bilər. Azərbaycan və İsrail arasındakı hərbi
əməkdaşlıq bu raketləri əldə etməyə imkan verir.
Bu məqamı gündəmə gətirən Ermənistan mediası işğalçı ölkənin
qorxuya düşdüyünü açıq şəkildə ifadə edib.
“İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır, iki ölkə
arasındakı münasibətlər yüksək səviyyədədir və Azərbaycan istədiyi
silahı İsraildən ala bilər. “Rampage” raketinin Bakıda nümayiş
etdirilməsi də təsadüfi deyil”, - deyə “armenianreport” saytı
yazıb.
Asif
-
Ekologiya20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI
-
Nida Xəbər 18:50
General-mayor ali hərbi rütbəsi verilən şəxslər kimlərdir? - DOSYE
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...