Nida Xəbər
Bu, Azərbaycanın hərbi qüdrətinin göstəricisidir - Millət vəkili
“Azərbaycan Beynəlxalq Müdafiə sərgisi dövlətimizin hərbi sənayesi və hərbi qüdrətinin artması istiqamətində növbəti bir uğuru kimi qiymətləndirilə bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, sərgi yeni silahlarla tanışlıq, eləcə də ölkəmizdə istehsal edilən silahların bazara çıxarılması ilə yeni imkanlar yaradır:
“Sərgidə dünyanın bir sıra aparıcı silah istehsalçısı olan dövlətlərin şirkətləri iştirak edir. Rusiya, İsrail, Belarus, Ukrayna, Çin kimi dövlətləri bura misal çəkə bilərik. Bunlar müasir silah istehsalı üzrə nüfuzlu ölkələr hesab edilirlər. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xətti ilə biz də öz məhsullarımızı bu sərgidə nümayiş etdirdik. Məlumdur ki, ölkəmiz yeni silah növləri istehsal edir və dünya ölkələrinə satır. Bu sərgi də istehsal etdiyimiz silahların nümayişi, təcrübə mübadiləsinin aparılması, müasir silahlarla tanışlıq və müdafiə sənayesi sahəsində müxtəlif dövlətlərlə müqavilələrin bağlanması üçün çox vacibdir. Biz başqa ölkələrin istehsal etdiyi silahlarla maraqlandığımız kimi, başqaları da bizim silahlarla maraqlanır”.
Ölkəmizin müdafiə sənayesi sahəsində əldə etdiyi naliyyətlərə toxunan millət vəkili bildirib ki, müstəqillik tariximizə nəzər salanda bu sahədə böyük uğurlara imza atmışıq:
“Azərbaycan cəmi 27 ildir müstəqilliyini bərpa edib, onun bir neçə ili daxildə olan problemlərə sərf olunub. Ölkəmizdə ordu quruculuğu istiqamətində 20 ilə yaxındır ki, müəyyən addımlar atır və üstəlik, biz müharibə şəraitində yaşayırıq. Müstəqillik həyatının çox da qədim olmamasına baxmayaraq qüdrətli Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Dünyada 200-dən artıq dövlət var, onlardan az bir qismində bu sənaye inkişaf edib ki, Azərbaycan da bu sıradadır. 1990-91-ci illərdə ordu quruculuğu prosesində yaxından iştirak edən biri kimi deyə bilərəm ki, o vaxtlar bir ədəd güllə əldə etmək üçün nə qədər əziyyət çəkirdik. Bu gün isə Azərbaycan özü silah istehsal edir. Bu çox yüksək və qürur duyulası göstəricidir”.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO