Nida Xəbər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mükafata layiq görüldü
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda keçirilən XIV Ali səviyyəli toplantısı çərçivəsində dünyanı narahat edən müxtəlif problemlər ətrafında müzakirələr aparılıb.
“Avroatlantik münasibətlərin və Balkanların gələcəyi”, “Yaxın Şərq –sülhə necə nail olmaq olar?”, “Gender bərabərliyi: Qadınların siyasətdə rolu” kimi mövzular, habelə “Bir kəmər – bir yol” layihəsi ətrafında diskussiyalar keçirilib. Makedoniya Prezidenti Georgi İvanov, Malta Baş naziri Joseph Muskat, Gürcüstan Prezidenti Georgi Marqelaşvili, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Ərəb Liqasının sabiq rəhbəri Amir Musa və digər nüfuzllu siyasətçilər çıxış edərək müzakirə olunan mövzular haqqında fikrilərini bildiriblər.
Toplantıda dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşılıqlı dialoqun, etimadın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Qadınların siyasətdə iştirakının gender bərabərliyinin təmin olnması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilib. Müzakirələrə qoşulanlar müxtəlif problemlərə dair öz rəy və təkliflərini bildiriblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIV Ali səviyyəli toplantısı çərçivəsində UNESCO-nun xoşməramlı səfiri, Mərkəzin idarə heyətinin üzvü xanım Marianna Vardonyanisin təşəbbüsü ilə “Qadınların hüquqlarının və imkanlarının genişləndiriməsi” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Marianna Vardonyanis, Robert Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, Kiprin birinci xanımı Andri Anastasiadis çıxış edərək qadın hüquqları, gender məslələri ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Tədbirin sonunda Nizami Gəncəvi Beynəlxlaq Mərkəzinə dünyada sülhün, təhlükəsizliyin və dialoqun təşviqindəki uğurlu fəaliyyətinə görə Marianna Vardonyanis Mükafatı təqdim olunub.
Qeyd edək ki, Toplantıda Azərbaycandan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar şurasınını sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Tədbir çərçivəsində dünyanın nüfuzlu siyasət və dövlət adamları ilə keçirilən görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar barədə məlumat verilib, ölkəmizin dünyada və regionda sülhün, təhlükəsizliyin, rifahın təmin olunmasına verdiyi töhfələr diqqətə çatdırılıb.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO