Nida Xəbər
Gömrük əməkdaşlarının attestasiyası keçirilir - FOTO
Dövlət Gömrük Komitəsində həyata keçirilən islahatlarının ikinci mərhələsi başlanıb.
Komitədən Publika.az-a verilən məlumata görə, bu mərhələ çərçivəsində həyata keçiriləcək tədbirlərdən biri də gömrük orqanları əməkdaşlarının mövcud potensialının, yəni bilik və bacarıqlarının müəyyən edilməsidir. Bu məqsədlə müvafiq qanunvericiliyə uyğun olaraq gömrük əməkdaşlarının attestasiyası keçirilir.
Oktyabrın 13-də bu məqsədlə keçirilən tədbirdə Dövlət Gömrük
Komitəsi sədrinin 1-ci müavini, gömrük xidməti general-mayoru
İsmayıl Hüseynov çıxış edərək bildirib ki, dövlət müstəqilliyimizlə
yaşıd olan ölkəmizin gömrük orqanları ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti
sayəsində formalaşaraq qısa zaman
kəsiyində mühüm dövlət təsisatlarından birinə çevrilib və ulu öndər
Heydər Əliyevin ideyalarının sadiq davamçısı Prezident İlham
Əliyevin bütün sahələrdə həyata keçirdiyi innovativ islahatlar
gömrük orqanlarının da dinamik inkişafına şərait yaradıb. Qeyd
edilib ki, bu ilin 2-ci rübündə gömrük orqanlarında başladılan
islahatlarının birinci mərhələsi başa çatıb və tətbiq edilən
yeniliklər gömrük sisteminin daha da çevik şəkildə idarə edilməsini
və modernləşməsini təmin edib. İslahatların birinci mərhələsinin
nəticəsi olaraq şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı
qətiyyətli mübarizə, sahibkarlıq mühitinin yaxşılaşdırılması,
maliyyə nəzarətinin effektli şəkildə həyata keçirilməsi,
qaçaqmalçılıq hallarının qarşısının alınması istiqamətində mühüm
nailiyyətlər əldə olunub.
İ.Hüseynov bildirib ki, qazanılan uğurlar bizi arxayınlaşdırmamalı, ölkəmizin sürətli iqtisadi inkişafının davamlılığını təmin edilməsi, tranzit potensialının gücləndirməsi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin maksimum dərəcədə təmin olunması üçün daha da əzmlə çalışmalı, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq.
O da vurğulanıb ki, artiq islahatların ikinci mərhələsi başlanıb və bu mərhələdə əsas hədəflərdən biri də kadrların potensialının üzə çıxarılması və ondan düzgün istifadənin təmin edilməsidir. Bu məqsədlə keçirilən attestasiyanın nəticələri gömrük sistemində kadrların düzgün seçilməsinə və yerləşdirilməsinə, vəzifəli şəxslərin cavabdeh olduğu sahəyə uyğunluğunun müəyyənləşməsinə imkan verəcək. Attestasiya həm də gömrük orqanları əməkdaşlarının peşə bilik və bacarıqlarının aşkar olunmasına, əməkdaşların potensialından səmərəli şəkildə və uyğun olan sahədə istifadə olunmasına şərait yaradacaq.
Tədbirdən sonra attestasiya komissiyasının üzvlərinin iştirakı ilə gömrük əməkdaşlarının attestasiyasına start verilib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər