Ermənistanın bilməsi gərəkən yeganə bir şey var ki, Azərbaycan... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Ermənistanın bilməsi gərəkən yeganə bir şey var ki, Azərbaycan... - ŞƏRH

“1993-cü ildən sonra real olaraq Azərbaycan Müstəqillik illərini yaşamağa başlayıb. Bu, Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlməsindən sonrakı illərə təsadüf edir. Həmin ərəfələrdə çox düşünülmüş, elmi əsaslara arxalanan, çoxvektorlu balanslaşdırılmış xarici siyasətin yürüdülməsi bizə kifayət qədər uğurlar qazandırdı. Bizə müstəqilliyimizin qorunub saxlanılması üçün əsaslı addımlar atmaq lazım idi və bunlar atıldı.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov deyib.

O bilidirib ki, xarici siyasətimizin doğru istiqamətdə aparılmasının nəticəsidir ki, müstəqil Azərbaycan bu gün bir sıra xarici təşkilatların üzvüdür: "Nəinki üzvüdür, həmin beynəlxalq təşkilatlar, onlara üzv olan bir çox dünya ölkələri müstəqil Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan bu gün bir çox irimiqyaslı layihələr həyata keçirir. Bunun nəticəsində dünya əhəmiyyətli bir çox tədbirlərə - İslam Oyunları, Avropa Oyunları və bir sıra digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək gücünə malikdir. Bu gün dünya ölkələri Azərbayacana etimad göstərir. Bu gün Azərbaycanda dünya ölkələrinin rəsmiləri bir araya gələrək danışıqlar aparırlar. Yəni, Azərbaycan, Bakı dünya miqyasında stabil məkana çevrilib ki, bu da düşünülmüş xarici siyasətin nəticəsidir. Vaxt var idi Azərbayacan adı çəkiləndə (müstəqillik qazanılmazdan əvvəl-red) bu gün bizə etimad edən dövlətlər tərəfindən tanınmırdı. Mən yaxşı xatırlayıram, 1980-1990-cı illərin əvvəlindən bu günə qədər çox şeylər dəyişib. Bu gün demokratik, müstəqil Azərbaycan Respublikasını nəinki bütün dövlətlər tanıyır, hətta bizimlə hesablaşırlar. Birbaşa tərəfdaşlıq edirlər. Ölkəmizə səfər edən rəsmilər onun Cənubi Qafqaz regionundakı yerini, nüfuzunu yüksək qiymətləndirilər. Bu günün reallığı budur”.

F.Sadıqov onu da qeyd edib ki, beynəlxalq siyasətdə qanun budur ki, hər bir uğurun, nailiyyətin müəyyən bədəli olur: “Azərbaycan da bütün dünya ölkələri kimi hazırkı mövqeyə gəlib çatana qədər ağır günlər yaşayıb. Çətin mübarizələr verib. Bu gün bizim torpaqlarımız işğal altındadır və biz onları geri qaytarmaq üçün əlimizdən gələni edirik. Biz bilirik ki, bu məsələdə hansı aparıcı ölkələr Azərbayacnın yanındadır, hansılar isə əks mövqedə. Bütün bunlar bizim üçün aydın pəncərədir. Bəzi qüvvələr bu gün də bu məsələ ilə bağlı kənardan seyirci mövqedədirlər. Bu günə qədər də bizi Ermənistanla barışdırmağa çalışan qüvvələr var. Yalnız onların bilməli olduğu yeganə bir şey var ki, Azərbaycan Ermənistanın işğal etdiyi tarixi torpaqlarını geri almayana qədər bu məsələ öz həllini tapmayacaq. Biz siyasət meydanında bu məsələnin danışıqlar yolu ilə həll olmasına çalışırıq. Bir sıra dünya ölkələri də bu məsələnin Azərbaycanın maraqları istiqamətində həll olunmasını dəstəkləyir. Bu gün 18 oktyabr Azərbaycanda Milli Müstəqillik günü kimi qeyd olunur. Düşünürəm ki, bu günün əsas hədiyyəsi bugünkü müstəqil, demokratik, güclü Azərbaycan Respublikasıdır”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm