Nida Xəbər
“Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın gəlirlərini artıracaq - EKSPERT
“Star” Neft Emalı Zavodunun açılışı Azərbaycanın
xaricdən əldə edəcəyi gəlirlərə təsir edəcək”.
Bu barədə Publika.az-a açıqlamasında iqtisadi
ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu zavodun inşası Azərbaycanın ölkə
sərhədlərindən kənarda qoyduğu investisiya layihəsidir: “Bu zavodun
fəaliyyətə başlaması Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərini
artıra bilər. Digər tərəfdən, bu Azərbaycan və Türkiyənin iqtisadi
əməkdaşlığının daha bir uğurlu addımıdır”.
V. Bayramov qeyd edib ki, Azərbaycan Türkiyəyə ən çox investisiya
qoyan 5 ölkədən biridir.
“Bu gün Azərbaycan Türkiyə iqtisadiyyatında aparıcı investorlardan
biridir. Bu layihə həm ikitərəfli iqtisadi əməkdaşlığı artıracaq,
həm də hər iki ölkə bu layihədən gəlirlər əldə edəcək”, - deyə o
bildirib.
Qeyd edək ki, dünən Türkiyənin İzmir şəhərində “Star” Neft Emalı
Zavodunun açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan
iştirak edib.
“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də qoyulub.
Azərbaycan zavodun inşasına 6,3 milyard dollar kapital qoyub.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?