Nida Xəbər
Elçin Mirzəbəyli: "Qara siyahı"ya salırsan, "qara qutu"dan çıxırlar"
“İllərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi “maşa” funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik”.
Publika.az xəbər verir ki, bu sözləri “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli reket jurnalistika ilə bağlı fikirlərini bildirərkən qeyd edib.
Elçin Mirzəbəyli reketçiliklə məşğul olanlara qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Adları “Qara siyahı”ya salınır, “qara qutu”dan çıxırlar. Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar. Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər. Onlara qahmar çıxanlar, hətta “peşəkar jurnalist” adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki.. O cümlədən “xidmətlərindən" istifadə edənlər də…
Bu baxımdan, “Reallıq.info” adlanan şantaj alətinin, onun peşəkar böhtançı “sahibi” İkramın, yan-yörəsinin Mətbuat Şurasını hədəfə almasının iki əsas səbəbi olduğu qənaətindəyəm:
Mətbuat Şurasını susdurmaq, reketçiliyin, şantajçılığın media məkanını qəsb etməsinə yol açmaq;
“İkram” qarşılığında ləyaqətli, prinsipial mövqeyi olan insanlari hədəfə alaraq gözdən salmaq.
Olmadı… Hüquq-mühafizə orqanları pis adamdan xeyir görməyə çalışanların da, şantajçıların da arzularını ürəklərində qoydular.
Amma bununla iş bitmir. Reketçiliyə, şantajçılığa qarşı təkcə Mətbuat Şurası, müvafiq dövlət qurumları mübarizə aparmalı deyillər. Kimliyindən asılı olmayaraq özünün, övladının daha təhlükəsiz həyat yaşamasını istəyən hər kəs bu “epidemiya”nın qarşısında dayanmalı, prinsipial mövqe, xarakter nümayiş etdirməlidir!”
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı