Ankarada kitab təqdimatı: Qara Qarayev və... - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Ankarada kitab təqdimatı: Qara Qarayev və... - FOTOLAR

Ankarada “Azərbaycan Xalq Cümhuriyyəti – 100. Biblioqrafiya”, “Qara Qarayev. Biblioqrafiya” kitablarının təqdimatı olub. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbir Azərbaycanla bağlı sənədli filmin nümayişilə başlayıb.

Publika.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edib. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun qısa və şərəfli yolu, cümhuriyyətimizin ideyaları, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, bu prosesdəki çətinliklər, o cümlədən ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, o cümlədən Qara Qarayevin yubileyinin qeyd olunması dövlətçilik ənənələrinin nümunəsi kimi dəyərləndirilib

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən ölkəmizin tarixinə, ənənələrinə, mədəniyyətinə aid kitablar sərgilənib.

Təqdimat mərasimi Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm