Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı
Bizi izləyin

Nida Xəbər

Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası işə başladı

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov tədbiri giriş sözü ilə açaraq olduqca sıx gündəliyin olduğunu vurğulayıb.

Onun sözlərinə görə, iclasda neft, qaz, nəqliyyat, enerji və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, təşkilat 1992-ci il iyunun 25-də İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb. İstanbul Bəyənnaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkə başçıları tərəfindən Bosfor bəyanatı da imzalanıb. Bu bəyanat İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm