Nida Xəbər
Zakir Həsənovdan hərbçilərə VACİB TAPŞIRIQ - FOTO
Bu gün Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara və 2019-cu ildə qarşıda duran vəzifələrə dair geniş tərkibdə iclas keçirilib.
Publika.az xəbər verir ki, iclasda hesabat
dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas
istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr
dinlənilib. Son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların
döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə
olunub.
Müdafiə naziri 2018-ci ildə xidməti döyüş hazırlığının yekunları və
2019-cu tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məruzə
ilə çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını
xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə
son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.
General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini
apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə
sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb,
qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2019-cu
tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar
komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
Müdafiə nazirinin əmrinə əsasən, 2018-ci tədris ilində döyüş
hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular
təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıb və bir qrup
zabitə növbəti “polkovnik” hərbi rütbələri verilib.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul
olunub.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı