İftira, yalan, böhtan xarakteri daşıyan yazılardır – Azər Qasımov
Bizi izləyin

Nida Xəbər

İftira, yalan, böhtan xarakteri daşıyan yazılardır – Azər Qasımov

“Yalnız bir şey deyə bilərəm ki, “The Guardian” qəzetində prezidentin ailə üzvləri ilə bağlı gedən məlumatlar tam iftira, yalan, böhtan xarakteri daşıyan yazılardır”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov “BBC News Azərbaycanca”ya bildirib.

Onun sözlərinə görə, əvvəllər də bu cür yazılar gedib, amma öz təsdiqini tapmayıb və Azərbaycana qarşı bu cür yazılar təxribat, böhtan və qarayaxma kampaniyasından başqa heç bir şey deyil.

A. Qasımov əlavə edib ki, bu, Azərbaycanın qonşuları ilə münasibətlərinin gücləndiyi bir şəraitdə təzyiqdən başqa bir şey deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm