Nida Xəbər
İdarəetmə islahatlarının əsas məqsədi… – Rəy
Gözlənildiyi kimi, son dövrlərdə ölkədə idarəetmədə bir sıra islahatlar aparılır. Düşünürəm ki, bu islahatlar davamlı olacaq.
Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, cənab prezidentin qeyd etdiyi kimi indi
dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha
məqsədyönlü və az işçi ilə böyük iş görmək halına gətirilir:
“Heç şübhəsiz bütövlükdə dünyada gedən bu proseslərə uyğun olaraq
Azərbaycanda da idarəetmədə dəyişikliyin edilməsi vacibdir. Cənab
prezidentin idarəetmə sahəsində atdığı son addımların və bundan
sonra edəcəyi dəyişikliklərin hər birinin əsas məqsədi Azərbaycanda
idarəçilik sisteminin təkmilləşməsindən, bu sistemin
effektivliyinin artırılmasından ibarətdir”.
Z.Məmmədov qeyd edib ki, bu dəyişikliklər çox güman ki, iqtisadi sahələrlə yanaşı sosial və siyasi sahələri də əhatə edəcək:
“Cənab prezidentin imzaladığı son fərmanlardan da görünür ki, əsas vurğu iqtisadi sahəyə edilir. Çünki iqtisadiyyatın inkişafı, onun şaxələndirilməsi çox vacibdir. Bəzi qurumların ləğv edilməsi və birləşdilməsinə gəldikdə isə biz bəzən bu qurumların bir-birini təkrarlamasını da müşahidə edirik. Bu tendensiya hazırda bir çox inkişaf etmiş ölkələrdə aradan qaldırılır. Söhbət məhz effektiv, koordinasiyalı idarəetmə sisteminin yaradılmasından gedir”.
Müsahibimiz əlavə edib ki, son bir il ərzində vergi sahəsi başda
olmaqla bir sıra sahələrədə aparılan islahatların şahidiyik:
“Bütün bunlar orta və iri, eyni zamanda kiçik sahibkarlığın
inkişafına yönəlib. Biz digər sahələrdə aparılan islahatları da
qeyd edə bilərik. Bütün bu islahatlar nəticəsində Azərbaycan
cəmiyyətinin müxtəlif sosial təbəqələrinin güzəranı
yaxşılaşıb”.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO