Avropa Parlamenti bir şeyi nəzərə almayıb ki, Azərbaycan Prezidenti... - Ekspert
Bizi izləyin

Nida Xəbər

Avropa Parlamenti bir şeyi nəzərə almayıb ki, Azərbaycan Prezidenti... - Ekspert

"Qətnamənin tələm-tələsik qəbul edilməsi burada xüsusi qeyd edilməlidir. Sanki, hansısa qüvvə Avropa Parlamentini məcbur edirdi ki, belə bir qətnamə qəbul etsin".

Publika.az-a açıqlamasında bu sözləri Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələri və qəbul olunmuş qərəzli qətnaməni şərh edən siyasi şərhçi Azər Həsrət deyib.

“Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan parlamenti, xüsusən Avronest Parlament Assambleyası çərçivəsində çox yaxşı kommunikasiya imkanları olan Avropa Parlamenti nədənsə bu qətmaməni qəbul etməzdən əvvəl Azərbaycan parlamenti ilə əlaqə saxlamağı vacib bilməyib. Eyni zamanda, Azərbaycan hökuməti və Azərbaycanın oradakı səfirliyi ilə əlaqə saxlanılmayıb. Fakt odur ki, Avropa Parlamentində bu qətnamənin qəbulunda maraqlı olan qüvvələr Azərbaycan tərəfi ilə dəqiqləşdirmə aparmaqda maraqlı olmayıblar. Bu olsaydı, yəqin ki, Azərbaycan onlara lazımi faktları verəcəkdi, öz əsaslandırmasını göndərəcəkdi. Bu faktlar və əsaslandırma Avropa Parlamentində səsləndirildiyi zaman, təbii ki, həmin qətnamə keçməyəcəkdi. Buna görə də təcili və Azərbaycan dövlətindən xəbərsiz həmin qətnamənin keçməsinə nail ola biliblər. Düzdür, qətnamənin qəbul olunması ilə bağlı müəyyən müzakirələr aparılıb və müzakirələr zamanı Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində qeyd edib ki, Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi barədə deyilənlər əsassızdır, qurumun diplomatik nümayəndələri Mehman Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur. O bildirib ki, buna görə də fərqli yanaşma sərgilənməlidir. Qətnamənin kəskinliyini azaltmağa məcbur olublar, əvvəlki formada qətnaməni qəbul edə bilməyiblər, amma istənilən halda fakt ondan ibarətdir ki, onun qəbulu edilməsinə nail olublar”, - o deyib.

Siyasi şərhçinin sözlərinə görə, qətnamənin qəbul olunması ilə məqsəd Azərbaycana təsir rıçaqları əldə etmək, ümumiyyətlə, Azərbaycana qarşı yeni şərtlər irəli sürməkdir:

“Amma bir şeyi həmişəki kimi nəzərə almayıblar ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti heç bir beynəlxalq təşkilatın, eləcə də hansısa siyasi xadimlərin qarşısında bu vaxta kimi geri çəkilməyib və bundan sonra da geri çəkilməyəcək. Əlbəttə, Avropa Parlamentində belə bir sənədin qəbul edilməsi bizim üçün arzuolunan deyil, kədərləndirici haldır, amma eyni zamanda həm də narahat deyilik. Ona görə ki, Azərbaycan dövləti və onun rəhbəri istənilən halda yalnız və yalnız Azərbaycan xalqının iradəsinə söykənir və iradəsi ilə hərəkət edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm