Nida Xəbər
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün yanvarın 20-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.
Qış sessiyası yanvarın 21-də işə başlayacaq və 5 gün davam edəcək. Əvvəlcə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək.
AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə “AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?” sualı ətrafında polemika aparılacaq.
Milli Məclisin deputatları müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər yanvarın 27-də başa çatacaq.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi