Belçikada 20 Yanvar faciəsinə həsr olunan sərgi açıldı - - FOTO
Bizi izləyin

Nida Xəbər

Belçikada 20 Yanvar faciəsinə həsr olunan sərgi açıldı - - FOTO

Belçikanın Ham şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə sərgi açılıb.

Publika.az xəbər verir ki, ölkəmizin Belçikadakı səfirliyi və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuş tədbirdə şəhər ictimaiyyətinin, eləcə də Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə çıxış edən ölkəmizin Belçika Krallığındakı səfiri Fuad İsgəndərov və NATO yanındakı nümayəndəliyinin rəhbəri Qaya Məmmədov 20 Yanvarın Azərbaycan tarixində tutduğu önəmli yerdən bəhs edib, faciə günü olmasına baxmayaraq, xalqımızın milli azadlıq mübarizəsinin şanlı səhifəsini təşkil etdiyini vurğulayıblar. Həmçinin Ham şəhərinin mərkəzində ucalan və Azərbaycan həqiqətlərinin beynəlxalq təbliğinə xidmət edən "Qarabağ atı" abidəsinin Azərbaycan və Belçika xalqları arasındakı dostluğu təcəssüm etdirdiyi bildirilib.

Ham şəhərinin meri Dirk De Vis çıxışında ölkələrimiz arasında mövcud dostluq əlaqələrini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, Avropanın hazırkı inkişaf səviyyəsinə çatanadək keçdiyi təlatümlü tarixi inkişaf yolu ilə Azərbaycanın keçdiyi inkişaf yolu arasında paralel aparıb, Azərbaycan xalqını öz tarixinin vacib səhifəsini belə dərindən anmasını yüksək qiymətləndirib və bunun ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra əslən azərbaycanlı olan belçikalı rəssam Əli Seyranın 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri də daxil olmaqla, ölkəmizdən bəhs edən sərgisi keçirilib.

Sonda ehsan süfrəsi açılıb.

Qeyd edək ki, ölkəmizin Belçikadakı səfirliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə müntəzəm olaraq tədbirlər keçirilir. Belə ki, 2017-ci il martın 25-də Ham şəhərində “Qarabağ atı” abidəsi açılıb. Bununla yanaşı, hər il mart ayında Ham şəhərində ənənəvi Novruz şənlikləri təşkil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm