Prezidentimizin şəhid ailələri ilə görüşü dövlətimizin onlara xüsusi qayğısını göstərir - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Prezidentimizin şəhid ailələri ilə görüşü dövlətimizin onlara xüsusi qayğısını göstərir - DEPUTAT

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü onlara həm dövlətimizin xüsusi qayğısını, həm də milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramı göstərir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, bu görüş eyni zamanda gənclərimizdə vətənpərvərlik, Vətənə sevgi hisslərinin güclənməsinə kömək edir.

Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını deyən deputat əlavə edib ki, indiyə qədər bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib: "Bu il isə həmin vətəndaşlara 800 mənzilin təqdim olunacağı gözlənilir. Eləcə də bu kateqoriyadan olan vətəndaşlara indiyədək 6144 avtomobil verilib".

M.Qasımlı qeyd edib ki, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini deyən millət vəkili oxşar tədbirlərin ildən-ilə artacağını nəzərə çatdırıb.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm