"Belə işləmək saymazlıqdır" - Oqtay Əsədov
Bizi izləyin

Nida Xəbər

"Belə işləmək saymazlıqdır" - Oqtay Əsədov

“Millət vəkilləri iş vaxtı işdə olmalıdır. Sağ olsunlar, çoxu iclasda iştirak edir, lakin bəziləri günün birinci yarısı iclasa gəlir, ikinci yarısında olmur”.

Publika.az
xəbər verir ki, bu sözləri spiker Oqtay Əsədov Milli Məclisin bugünkü iclasında deyib.

Spiker bildirib ki, üzrlü səbəbdən iclasda iştirak etməmək anlaşılandır:

“Heç kim digərlərindən artıq deyil. Günün birinci yarısı iştirak edib, ikinci yarısında olmamaq iştirak sayılmır. Heç kimi zorla millət vəkili seçməyiblər. Hamı vaxtında iclasda olmalıdır. Üzrlü səbəblər olanda xəbər verilir, anlaşılır. Milli Məclis bizim birinci iş yerimizdir. Ayda 3-4 plenar iclas olur, onda da iştirak etməliyik.

Heç kim spiker irad tutdu deyə inciməsin. Sözümdə səhv varsa, irad tutun. Belə işləmək saymazlıqdır. Bu sözlərimi iştirak etməyən həmkarlarınıza da çatdırın. Xüsusən də bu gün intizam komissiyası üzvlərinin sayını 11-ə çatdırdıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm