Putinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Bizi izləyin

Nida Xəbər

Putinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiya prezidenti Vladimir Putinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Rusiya XİN-dən məlumat veriblər.

İ.Bratçikov Bakıda keçiriləcək Xəzərin hüquqi statusu barədə Konvensiyanın reallaşdırılması üzrə yüksək səviyyəli İşçi Qrupunun birinci iclasında iştirak edəcək.

Qeyd edək ki, İşçi Qrupunun birinci iclası fevralın 19-20-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm