• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

“AVA Diplomatic” Xocalıdan yazdı

“AVA Diplomatic” Xocalıdan yazdı

İranın “AVA Diplomatic” saytında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar material dərc olunub.

Publika.az xəbər verir ki, materialda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdiyi zaman mülki əhaliyə qarşı soyqırımı aktı törətdiyi vurğulanır.

Diqqətə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirib. Şəhər yerlə-yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə mülki insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Materialda qeyd olunur ki, bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən, Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kobudcasına pozulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR