Nida Xəbər
ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verdi
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat konqresmen Stiv Koen Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib.
O, bəyanatında Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulayıb.
Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu diqqətə çatdıran konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.
S.Koen atəşkəsin imzalanmasından iyirmi ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20 faiz ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz yurdundan didərgin düşdüyünü vurğulayıb.
Bəyanatda təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini zərurətə çevirdiyi qeyd olunub.
Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlıq xüsusi vurğulanıb.
Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb. (report)
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi