Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştitak edəcək
Bizi izləyin

Nida Xəbər

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştitak edəcək

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm