Nida Xəbər
Elmar Məmmədyarov Qabriela Kuevas Barronu qəbul etdi
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Qabriela Kuevas Barronu qəbul edib.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Publika.az-a verilən məlumatan görə, Q.Kuevas Barron ölkəmizə növbəti səfəri zamanı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıq səviyyədə təşkil edilməsinin şahidi olduğunu söyləyib. Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünya imicinin daha da artırılmasına xidmət edən gözəl fürsətdir.
E.Məmmədyarov Azərbaycanla PAİ arasında sıx təmasları üzərində dayanaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd edib. Bu baxımdan Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Q.Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək zirvə toplantısına dəvət edib.
Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO