Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək
Bizi izləyin

Nida Xəbər

Şimali Koreyanın XİN rəhbərinin müavini Azərbaycana gələcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Pak Myonq Quk yaxın günlərdə Azərbaycana səfər edəcək.

P.M.Quk Qoşulmama Hərəkatına üzv olan ölkələrə, o cümlədən Suriya, İran, Azərbaycan və Monqolustana səfər edəcək.

Trend-in sorğusuna cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumatı təsdiqləyib:

"Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Pak Myonq Qukun rəhbərlik etdiyi nümayəndə heyətinin bu il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü nəticəsində qəbul ediləcək yekun sənədlərin müzakirəsi məqsədilə yaxın günlərdə ölkəmizə səfər etməsi nəzərdə tutulub". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm