Əbülfəs Qarayev: "Beynəlxalq mədəniyyətlərarası platformanı möhkəmləndirməliyik"
Bizi izləyin

Nida Xəbər

Əbülfəs Qarayev: "Beynəlxalq mədəniyyətlərarası platformanı möhkəmləndirməliyik"

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2 may tarixində nazirlərin yüksək səviyyəli görüşü keçirildi.

Publika.az
xəbər verir ki, “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda təşkil olunan konfransı Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev açıq elan etdi.

Əbülfəs Qarayev qeyd etdi ki, BMT rəhbərliyinin bu forumun vacibliyini vurğulaması qürurverici məqamdır:

"Bu dialoqlar beynəlxalq mədəni platformanın möhkəmləndirilməsinə xidmət edir. Hər il keçirilən forum beynəlxalq miqyaslı hadisədir".

Nazir həmçinin bildirdi ki, ötən forumda da din, mənədiyyət və digər mövzulara toxunulmuşdu:

"Beynəlxalq təşkilatların görüşü bu baxımdan vacib şərtdir. Mədəni rəngarənglik, fərqlilik ölkəmizi xarakterizə edən əsas cəhətlərdən biridir. Cənab prezident İlham Əliyev də bu üstün cəhhətin qorunub inkişaf etdirilməsi üçün gücünü səfərbər edib. Azərbaycan son illər önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dövlət olaraq, sivilizasiyalararası əlaqəni üstün sayır. YUNESKO, BMT, İSESKO və digər nüfuzlu təşkilatlarla əməkdaşlıq edirik.

Bu il də baş tutan forumun əsas məqsədi dövlətlərin daxili və xarici mədəni əlaqələrinə xələl gətirmədən dinlərin, mədəniyyətlərin inkişaf etdirilməsidir. Bu gün bir-birimizə yardım etməyin yollarını axtarmalıyıq. Müxtəlif şaxəli perspektivlər ərsəyə gətirmək borcumuzdur. Bu mövzularda dialoqlar vacibdir. Ən yaxşı və faydalı yanaşma nöqtələrini birgə araşdıraraq, beynəlxalq mədəniyyətlərarası platformanı möhkəmləndirməliyik".

Leyla Sarabi
Foto: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm