Nida Xəbər
Azərbaycanda qadınlarla bağlı TƏKLİF: 2021-ci ilədək...
Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilir.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.
Layihədə mütləq kovatanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir.
Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır. Çünki 1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ










.jpg)



.jpg)






















