Nida Xəbər
FHN-in rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Göyçay, Kürdəmir və Ucar rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
FHN-dən Publika.az-a bildiriblər ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən mayın 14-də saat 11:00-dan Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzinin binasında Göyçay rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 13-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyev mayın 14-də saat 11:00-dan Kürdəmir şəhərindəki Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Kürdəmir rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan etibarən Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında aparılacaq.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən isə mayın 14-də saat 11:00-dan Ucar şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Ucar rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal12 Oktyabr 22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya12 Oktyabr 22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial12 Oktyabr 21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ