İqtisadçılar radikalizimə "yox" dedilər
Bizi izləyin

Nida Xəbər

İqtisadçılar radikalizimə "yox" dedilər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində mayın 13-də Qaradağ rayonunda Heydər Əliyev Mərkəzində millət vəkili Aydın Hüseynov ilə ictimaiyyətin görüşü keçirilib.

Publika.az xəbər verir ki, CESD-nin sədri Vüqar Bayramov deyib ki, bu görüşdə əsas məqsəd radikalizmə qarşı mübarizə tədbirləri və eləcə də multukulturalizmə ənənələri barədə müzakirələr aparmaqdır. Mərkəzi sədri radikal qruplara qoşulmağın ziyanları, səbəbələri və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Millə vəkili Aydın Hüseynov Azərbaycanda və eləcə də Qaradağ rayonunda radikalizmə qarşı aparılan tədbirlər və onların nəticələri barədə fikirlərini bölüşüb. O radikalizmə qarşı mübarizədə tətbiq edilən metodlar o cümlədən iqtisadi, sosial faktorlar barədə fikirlərini bölüşüb.

CESD-nin eksperti Rəşad Həsənov fərqli ölkələrin modellərinə və eləcə də beynəlxalq indekslərə diqqəti yönəldib. O deyib ki, radikallaşmağa qarşı mübarizə aparan zaman psixiloji məqamlar da nəzərə alınmalıdır.

Daha sonra tədbir iştirakçıları öz fikirlərini bölüşərək onları maraqlandıran sualları iqtisadçılara ünvanlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm