Nida Xəbər
İlham Rəhimovun “Ölməz ölüm cəzası” kitabı türk dilində çap olundu
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqda rus dilində çapdan çıxmış “Бессмертная смертная казнь” (“Ölməz ölüm cəzası”) adlı kitabı Türkiyədə türk dilində çap olunub.
Publika.az xəbər verir ki, Türk dilinə tərcümə olunmuş əsərdə cinayət və cəzanın mahiyyəti, o cümlədən ölüm cəzası haqqında müəllifin “Cinayət və cəzanın fəlsəfəsi” (2013), “Cəzanın əxlaqiliyi haqqında” (2016) adlı kitablarında əksini tapmış düşüncələrinin davamıdır.
Əvvəlki əsərlərdə İ.Rəhimov əsasən cəzanın, habelə ölüm cəzasının fəlsəfi mahiyyətindən bəhs etmişdisə, bu kitabda həmin məsələlər çoxfunksiyalı problem kimi nəzərdən keçirilir, tarixi, dini, fəlsəfi, sosioloji, psixoloji amillər konteksində tədqiq edilir.
Adından da göründüyü kimi, kitab bəşər tarixində qədim və mübahisəli cəza növü olan edam cəzasına həsr edilib. Müəllif oxucuya ölüm cəzası fenomeni ilə bağlı yalnız öz mühakimələri ilə deyil, həmçinin elmi ədəbiyyatlarda mövcud olan müxtəlif rəylərlə tanış olmaq imkanı verir. Belə yanaşma hər bir oxucuya aşağıdakı suala cavab vermək imkanı yaradır: ölüm cəzası olsun, olmasın?
Kitab ali məktəblərin tələbələri, doktorant və müəllimləri, hüquq mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər, təcrübi işçilər, həmçinin filosoflar, tarixçilər, sosioloqlar, psixoloqlar, eyni zamanda cinayət və cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"