Səməd Seyidov: Futbol termini ilə desək, onlar cəmi bir qol vura bildilər
Bizi izləyin

Nida Xəbər

Səməd Seyidov: Futbol termini ilə desək, onlar cəmi bir qol vura bildilər

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkəmizə münasibətdə müşahidə etdiyimiz şər-böhtan kampaniyası faktiki olaraq Azərbaycana qarşı elan olunmamış hibrid – informasiya müharibəsinin tərkib hissəsi idi. Futbol terminləri ilə danışsaq, onlar cəmi bir qol vura bildilər. Yəni, beynəlxalq mediada bu məsələni müzakirə etmək və buna diqqəti cəlb etmək məsələlərinə nail oldular. Ancaq 4:1 uduzdular.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Teleqraf.com-a açıqlamasında deyib.

S.Seyidov obrazlı şəkildə qeyd edib ki, həmin 4 qolun vurulması Azərbaycanda yüksək səviyyədə təşkil olunmuş tədbir və beynəlxalq ictimaiyyətin Azərbaycanın mövqeyini qəbul etməsi ilə birbaşa bağlıdır:

“Ona görə də biz bilməli, dərk etməliyik ki, Azərbaycana qarşı elan olunmamış bu müharibə gedir. Hansısa səviyyədə biz bunun acı nəticələrini də görürük. Ancaq Azərbaycanın apardığı güclü siyasət bu müharibədə də nəinki müqavimət göstərmək, ona qalib gəlmək iqtidarındadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm